Outsite

Overview

Düşərgələrimiz yay aylarında professional çadırlarda, digər fəsillərdə isə kənd evlərində baş tutur. Azyaşlılar (məktəblilər) üçün olan düşərgələr 4-5 günlük (məktəb tətillərində), yetişkinlər üçün olanlar isə 1 gecə 2 günlükdür (həftəsonu). Azyaşlıların düşərgələrində şəxsiyyət formalaşdırıcı təlimlər, təbiət yürüşləri, komanda oyunları/yarışları, 'Talent show'lar, tonqal ətrafı fəaliyyətlər və tarixi ekskursiyalar yer alır. Valideynlərin iştirakına icazə yoxdur ona görə ki, uşaqların sərbəst şəkildə fərdi məsuliyyət, özünüidarə etmə qabiliyyəti və vərdişləri qazanmalarına çalşırıq. Yetişkinlər üçün olan düşərgələrdə isə azyaşlılardan fərqli olaraq təlimlər olmur ancaq digər bütün fəaliyyətlər baş tutur. Bütün təşkilatçılıq tərəfimizdən olur və sizə sadəcə əylənmək qalır. Bütün enerjinizi götürün və bizə qoşulun. Çünki yeganə məsuliyyətiniz bol enerjidir.

Tour details

  • NƏZARƏT 24 saat təhlükəsizlik və həkim nəzarəti/xidməti.
  • İDMAN Günə səhər yeməyindən əvvəl təbiət qoynunda idmanla başlamağın yeri bir başqadır.
  • TONQAL Düşərgənin olmazsa, olmazlarından tonqal ətrafı maraqlı oyunlar, müzakirələr.
  • TƏLİMLƏR İştirakçıların yaşına və ehtiyaclarına uyğun şəxsiyyətin formalaşması, fərdi inkişaf və motivasiya təlimləri.
Share via
Copy link
Powered by Social Snap