8-10 sentyabrda Marsol Group və Outsite təşkilatçılığı Qax Çadır düşərgəmiz baş tutdu.
Düşərgəmizə müxtəlif kateqoriyalarda faəliyyət göstərən sahibkarlar qoşulmuşdular. Onlar düşərgə müddətində təşkil olunan bütün faəliyyətlərdə yaxından iştirak etdilər, belə ki, İlisu və Mamırlı şəlaləsinə yürüş etdilər, komanda yarışlarında iştirak etdilər və bölgə sahibkarları ilə tanış oldular.
Fəaliyyətlərimizlə bağlı görüntüləri sizinlə bölüşürük.
Bizə güvənən Marsol Group’a təşəkkürümüzü bildiririk. 😊