Ümumi baxış
Həftə sonlarını övladlarınızın texnologiyadan uzaq, dörd divardan kənarda daha səmərəli keçirməsini istəyirsinizsə onlara bu yaxşılığı edəsiniz gərək. Yaşıdlarıyla açıq havada fərqli komanda yarışlarında iştirak edərək həm əylənəcəklər həm də komanda olaraq hərəkət etməyi, komandanın bir parçası olmağı öyrənəcəklər.
Onları gətirən və gözləyən sizləri də düşünmüşük; sizlər də o müddətdə psixoloq ya da pedaqoqla uşaq tərbiyəsinə aid fərqli mövzularda müzakirələr aparacaq, sizi maraqlandıran suallara cavablar tapacaqsınız.